DİN-dən ŞOK XƏBƏRDARLIQ - 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxması qadağan edildi
21-03-2020 23:59
Baxış sayı:
2500
Türkiyənin hakimiyyət orqanları yaşı 65-dən çox olan insanlara koronavirusa yoluxma təhlükəsinə görə küçəyə çıxmağı qadağan edib.
Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Bazar günü saat 00:00-dan başlayaraq yaşı 65-dən yuxarı olan şəxslərə, həmçinin xroniki xəstələrə küçəyə çıxmaq, parklarda, bağlarda və bu cür açıq meydançalarda gəzmək qadağa qoyulur", - ölkənin Daxili İşlər Nazirliyinin xəbərində deyilir.
Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. Dünyada artıq 234 mindən çox insan COVİD-19 infeksiyasına yoluxub, 10 min nəfərdən çox insan virusun qurbanı olub.