DİLİMİZ - MİLLİ KİMLİYİMİZ! - Dil, ünsiyyət, kültür və millət / III YAZI

Baxış sayı:
29110

“Dildə, fikirdə, işdə birlik” – Ortaq türkcəmizin təməl qaynağı Aynur TALIBLI, Tarix və mədəniyyət araşdırmaçısı, İstanbul, 2019 İkinci yazı ilə bu linkdə tanış ola bilərsiniz: DİLİMİZ - MİLLİ KİMLİYİMİZ! - Dil, ünsiyyət, kültür və millət Türk dünyasındakı milli oyanış hərəkatının böyük öncüllərindən olan, Kırım Türkü İsmayıl bəy Qaspıralının önəmli sözlərindən biri belədir: “Millətinə xidmət etmək istəyirsənsə, əlindən gələn işlə başla”. Bu dəyərli sözləri bilərəkdən sizlərlə bölüşdüm, səbəbini isə sonra açıqlayacağam. Araşdırmamızın öncəki bölümündə dil qavramından, ünsiyyət vasitəsi olaraq dildən, kültür ilə dilin əlaqəsindən və millətin meydana gəlməsindəki rolundan bəhs etdik. Bu bölümdə isə dilin millətin tarixini yansıtan bir ayna olduğundan, doğma Türk dilimizdən və düşünürlərimizin, fikir adamlarımızın dilimizlə əlaqədar düşüncələrindən söhbət açacaq, ortaq Türkcənin gərəkliliyinə geniş yer ayıracağam. Dildən bəhs edərkən onun tarixi önəmini də unutmamalıyıq. Dil canlı bir varlıqdır, nəsildən-nəslə ötürülə bilən və toplumun müxtəlif özəlliklərini əks etdirən sosial bir qürumdur. Tarixi özündə əks etdirən ayna kimidir. Hər hansı bir dil, o dildə danışan toplumun yaşayış biçimini, geniş anlamda kültürünü, dünya görüşünü, tarix boyunca keçirdiyi müxtəlif evrələrin və başqa toplumlarla qurduğu əlaqələrin yansıtıcısıdır. Dilin canlı bir varlıq olduğundan bəhs etdik. Bu məqamda Azərbaycanın və Türk dünyasının düşünürü, şairi Bəxtiyar Vahabzadənin “Latin dili” şeirindəki misraları xatırlatmaq istərdim: Latın dili! Hər sözündə dünya boyda yük daşıyır, Latın dili! - Millət ölüb, dil yaşayır. *** Sabah bizim ərzimizin Sərhəddindən o yana da Qoşar bu dil. Bəlkə… bütün ulduzları Gəzər bu dil. Döyüşlərdə zəfər çalıb Ölən ərə bənzər bu dil. Bu gün Latın milləti müasir çağımızda yaşamır, amma dilləri onların tarix səhifələrində varlığından xəbər verir. Yəni Latın dili öz millətinin varlığını bu gün bizlərə sübut edir. Hal-hazırda Azərbaycan Türkçəsinin də, Türkiyə Türkçəsinin də yazılı dili Latin əlifbası (qrafikası) ilə yazılır. Türklərin, yəni bizlərin təxminən miladdan öncə 2500-cü illərə qədər uzanan köklü tariximiz və dilimiz var. Bunu söylərkən tarixi abidələrimizə, yazılı və şifahi (sözlü), yəni dildən-dilə yayılaraq günümüzə gələn ədəbiyyatımızın nümunələrinə əsaslanırıq. Dilimizin tarixi soy-kökümüz qədər qədimdir. Bu günkü Türkcə təxminən 1300-1500 illik yazılı keçmişə sahibdir. Göktürk dövlətinin (552) quruluşu və Orhun abidə yazıtlarının tikiliş tarixinə görə bu qənaətə gəlirik. İlk yazılı qaynaqlardan olan Orhun yazıtlarına – kitabələrinə diqqət yetirdiyimizdə anlayırıq ki, şifahi dilimiz yazılı dilimizdən də qədimdir. Çünki bir dilin yazı dilinin formalaşması və işlək duruma gəlməsi üçün minlərlə ilin keçməsi gərəklidir. Biz buna əsasən deyə bilərik ki, şifahi, yəni danışıq dilimizin tarixi 4-5 min il öncəsinə qədər gedib çıxır. Biz Türklər tarix boyu digər topluluqlarla ticari-mədəni əlaqələr qurmuşuq. Bunun nəticəsində də dilimizə yabancı sözlər gəlmişdir. İslamı qəbul etdikdən sonra isə Türkcə ərəbcənin təsirinə məruz qalmışdır. Amma Türk tarixində əvəzsiz yeri olan, dilimizə böyük və önəmli xidmət etmiş Kaşgarlı Mahmud hələ 11-ci yüzildə Türkcənin bir gün dünya dili olacağına inanaraq, ərəblərə Türkcəni öyrətmək məqsədi ilə “Divanü Lûgati’t-Türk” əsərini qələmə almışdır. Əski Türkcə dövrünə aid qələmə alınan ən önəmli əsərlərdən olan “Divanü Lüğati`t-Türk” 1072-1074-cü illəri arasında yazılmışdır. Bu möhtəşəm sözlük Türkcəmizin bilinən ən qədim lüğəti və dilimizlə əlaqədar ən geniş bilgiyə sahib bir dilçilik əsəridir. Bu əsər peyğəmbərimiz Hz.Muhəmmədin (s.a.s) bir hədisi ilə başlayır. Sözügedən hədisdə isə belə buyrulur: “Türk dilini öyrənin, çünki onların uzun sürəcək səltənətləri (dünyada uzun sürən hakimiyyəti olacaqdır) vardır”. Bu günkü dilimiz müasir çağımıza gəlincəyə qədər çox yol qət etmişdir. Dilimizin özünü və özəlliklərini ərəbcədən, farscadan qorumasında Mahmud Kaşğarlı, Ahmet Yesevi, Yunus Emre, Şah İsmayıl kimi ismini qeyd etmədiyim daha yüzlərcə-minlərcə dəyərli dövlət və fikir adamlarının əvəsiz rolu olmuşdur. Hoca Ahmet Yesevi bir müsəlman-Türk olaraq Türkcəni İslamın da dili halına gətirmiş və ərəbcənin, farscanın təsirindən qorumuşdur. Ahmet Yesevi şeirində də dilimizi necə qoruduğundan bəhs edir: Sevmez sözde bilginler Bizim Türkçe dilini Bilgeler konuşursa Açar gönül ilmini Ayet ve hadis Türkçe Söylenirse duyarlar Anlamına erenler Baş eğerek uyarlar Ey miskin Hoca Ahmet Yedi atana rahmet Fars dilini bilsen de Sen Türkçene devam et Türkcənin özünü qorumasında və elm, ədəbiyyat dili olmasında, Anadoluda Türkcəsinin İslam dini ilə bütünləşməsində, 13-cü yüz ildə dilimizin fars və ərəbcədən geri qalmamasında Yunus Emrenin xidməti də əvəsiz və mühümdür. Onun şeirlərindəki dil 13-cü yüzilin xalq (məişət) Türkcəsidir. Yunus Emrenin yaradıcılığı üzərində tədqiqat aparan Mustafa Tatçı əsərində şairin Türkcəsinə dair bir çox fikir qeyd etmişdir. O, Yunusun sənətindəki dahiliyin səbəbini belə açıqlayır: “Yunus Emrenin əsil dahiliyi Türkcəni sənətkəranə bir üslubla işləməsi - istifadə etməsidir. O, adətən Türkcə təsəvvüf və istilah (elm-terminoloji ) dilinin qurucusudur. Türkcə Yunusun qələmi ilə estetikləşmiş, ədəbiləşmiş və canlanıb yayılmışdır”. Heç şübhəsiz deyə bilərik ki, dahi Yunus Emre Türkcəmizə və milətimizə belə əvəsiz xidmət edərkən özü də düşüncəni ifadə edən dilin, sözcüklərin önəmini dərindən anlamış və bilicli bir şəkildə bunu həyata geçirmişdir. Söz ustası Yunus bunu misralarında ustalıqla əks etdirmişdir: Söz ola kese savaşı söz ola bitüre başı Söz ola agulu aşı balıla yag ide bir söz… Beləcə deyə bilərik ki, Yunus Türk dilin mükəmməl bir tərzdə -üslubda istifadə etmiş bir dil sənətkarıdır və onun dili göstərişdən, gərəksiz ifadələrdən uzaqdır. Dilimiz çağımıza gəlincəyə qədər keşməkeşli yolları qət etməsi haqda öncədən də bəhs etmişdim. Oxuyan, araşdıran bilincli soydaşlarımız, milli kimliyinə sahib çıxan insanlarımız bunu daha dərindən anlayırlar. Bir millətin bütün tarixi boyunca əldə etdiyi kültürü, dəyərlərinin bütününü və həyat təcrübələrini sinəsində toplayan, onu qoruyan və yaşadan "qutsal bir xəzinə" olan dil, sadəcə ilətişim-ünsiyyət vasitəsi olaraq düşünülməməlidir. İlətişim vasitəsi olma nitəliyi yanında dilin həm fərd, həm də millət üçün daha önəmli olan yönü kültürəl kimliyi bəlirləyici və qoruyucu olduğu yönüdür. Millətin iç dünyasını, ruhunu əks etdirən dil, fərdlərin mənsubiyyətlərinin, millətlərinə olan bağlılıqlarının da bəlirləyicisidir(Üstüner 2003: 2). Bu səbəbdəndir ki, dilimizin önəmini anlamalıyıq və onu gözbəbəyimiz kimi qorumalıyıq. Necə ki, Oğuz Türk hökümdarı olan Şah İsmayıl Xətai öz millətinə, yəni bizlərə xitabən deyirdi: “Ey Türk oğulları! Dilinizin bir sözünü dünyanın heç bir dilinə, bir ovuc vətən torpağını dünyanın heç bir dövlətinə dəşiyməyin. Onu qoruyun və gələcək nəsillərə ötürün”. Türkoloq Muharrem Erginin dil və millətlə bağlı dəyərli fikirlərindən biri belədir: “Bir millətin ruhu və yaşama biçimi dilində şəkillənir. Bu baxımdan dil, millətin həyat fəlsəfəsini yansıtır. Bir topluluğun millət halında yüksələ bilməsi ancaq dil ilə mümkündür. Millətin daha çox özəllikləri, örf və adətləri, dünya görüşü, həyat fəlsəfəsi, inançları, sənət anlayışları, dildə əks edilir. Dil, milli yaddaşın milli xatirələrın, duyguların və düşüncələrin, bütün maddi və mənəvi dəyərlərin, bütün buluş və yaradılışların müştərək xəzinəsidir”. Ünlü bilgə, günümüzdən təxminən 2500 il öncə yaşamış çinli düşünür Konfüçyüsun sözlərini bölüşmək istərdim. O belə deyir: “Bir ölkənin yönətimini ələ alsaydım, edəcəyim ilk iş heç şübəsiz, dilini nəzərdən keçirmək olardı. Çünki dil nöqsanlı –qüsurlu olarsa, sözcüklər düşüncəni doğru ifadə edə bilməz. Düşüncə dəqiq ifadə edilməzsə, görəvlər və xidmətlər gərəkdiyi kimi həyata keçirilə bilməz. Belə olduğu halda isə adət, qanun və kültür pozular. Adət-qanun və kültür pozularsa, ədalət yolunu itirər. Ədalət yolunu itirərsə, çaşqınlıq içinə düşən xalq nə edəcəyini və bunun sonunun hara varacağını bilməz. Məhz bu səbəbdəndir ki, heç bir şey dil qədər önəmli deyil”(Uygur 2001: 23). Düşünürəm ki, bilgənin bu sözləri dil və dilin önəmi haqqında mühüm məsələlərə işarət edir. Konfüçyüsün “bir ölkənin yönətimini ələ alsaydım” sözləri ilə başlayan fikirləri, dilin sadəcə bir ünsiyyət aracı, düşüncənin ifadəsi üçün lazımlı bir vasitə deyil, həm də çox mühüm və təsirli siyasi bir amil olduğuna işarət edir. Əslində Türk bilgəmiz Yunus Emre də buna bənzər tərzdə düşünürdü. Daha öncə paylaşdığım, Yunusun “Söz ola kese savaşı söz ola bitüre başı” misrasının anlamına dərindən diqqət yetirsək, nəyi söyləməyə çalışdığım daha aydın olacaqdır. Biz sözü gedən misranı “Söz ola - kəsə savaşı/ Söz ola - kəsdirə başı” kimi anlayırıq. Doğrusu isə fərqlidir, Yunusun Emrenin bütün əsərləri kimi bu misralarını da əski türkçəni əsas alaraq anlamalıyıq. Əski Türkcədə baş: Yasa, hüquq: meydana gətirmək, yetişdirmək anlamına gəlir. Bir baxıma toprağa əkilən bir toxumu, filizi böyütmək, yaşıllaşdırmaq mənalarını ifadə edir. Nəticə olaraq “Söz ola kəsə savaşı, söz ola kəstirə başı” yerinə “Söz ola kəsə savaşı, söz ola yəşərtə yasayı” kimi anlamalıyıq. Yəni söz həm savaşı kəsə bilər, həm də dövləti, milləti qoruyan yasanı, hüququ meydana gətirə, yetişdirə-gücləndirə bilər. Bununla da uzaqgörən bilgəmiz Yunus Emre də əslində dilin-sözün fikirin, düşüncənin ifadəsində olduğu kimi, həm də təsirli, güclü bir siyasi vasitə olduğuna işarət edir. Dil insanları bir toplum olaraq, millət olaraq bir araya gətirə bildiyi kimi, onları ayıra biləcək bir güc, bir silah olaraq da istifadə edilə bilinir. Bu durumun acısını ağrısını biz Azərbaycan Türkləri və işğalcı-faşist Sovet rejimində yaşamış olan digər Türklər (qazax, qırğız, özbək, başkurt, tatar, türkmən və.s.) daha dərindən bilir. Bu mövzunun üzərində xüsusilə duran prof.dr. Mehmet Kaplan dilin birləşdirici rolu üzərinə də diqqəti çəkmişdir: “Ruslar, Sovetlər Birliyində eyni irqdən olan Türk topluluqlarını, ayrı cümhuriyyətlər halına gətirmişlər və kiçik şivə fərqlərini qabardaraq, irəli sürərək adətən ayrı dillər yaratmışlardır. Sovetler Birliyində rusca rəsmi dildir. Türklər də onu öyrənmək məcburiyyətindədir. Fəqət Türk qövümlərinin bir araya gələrək ortaq bir dil və ədəbiyyat vücuda gətirməyə hakları yoxdur”. Bu mövzu ilə bağlı deyə bilərik ki, işğalcı Sovet-Rus rejimi TÜRK millətini “azərbaycanlı, özbək, qazax, qırğız, tatar, tacik” deyə parçalamış və beləcə hökm etmişdir. Əks halda Türklərin tək TÜRK milləti adı ilə birləşib üsyan edəcəklərini və Qafqazda, Avrasiyada milli dövlətlərini quraraq hökm sürəcəyindən əmin olmuşlardır. Sovet rejimi dönəmində ruslar və digər işğalcı güclər (farslar və ingilislər) Türk millətinə qarşı “böl, parçala, ud və ya hökm et” siyasətini həyata keçirmişlərdir. Türklərə qarşı həyata keçirilən bu siyasəti hələ Sovet dönəmində anlayan Türk dünyasının aydınlarından, Kırım Türkü İsmayıl bəy Qaspıralı dünya üzərindəki Türklərə bir-birindən ayrı milətmiş kimi (azərbaycanlı, başkurt, qazax, qaraqalpaq, qırğız, özbək, tatar, türkmən...və.s) adlar verilməsinin, ürk millətini bölüb parçalama oyununun (teatr ssenarisinin) ilk pərdəsi olduğunu, ikinci pərdəsində də Türk millətinin yox edilməsinin səhnələnəcəyini daha gənc yaşlarında anlamış, bu oyuna qarşı necə davranılması gərəkdiyinə dair fikirlər iləri sürmüşdür. Onun bu qəbildən ən dəyərli düşüncələrindən biri belədir: “DİLDƏ, FİKİRDƏ, İŞDƏ BİRLİK”. Bu fikir biz türklərin atasözü olacaq qədər önəmli və dəyərlidir. Diqqət yetirdiyimiz zaman anlayırıq ki, özəlliklə Qaspıralı “dildə birlik” ifadəsini öncə qeyd edir. Çünki, dildə birlik olmazsa, fikirdə və işdə birlik olması qeyri-mümkün olacaqdır. Qaspıralı haqlı olaraq bütün Türklərin birlik ola bilməsi üçün, öncəliklə camaat olma fikirindən qurtulub, birlikdə millət olma fikrinə sahib olması gərəkdiyini düşünürdü. O, ayrı-ayrı ləhcələrin istifadə edilməsinin dildə birliyə əngəl olduğunu, birlikdə güclü millət olmaq üçün ortaq bir ədəbi dilin olması gərəkdiyi fikirində idi. Onun bu mövzuda yazdığı yazılar birliyə gedən yol üçün nə qədər mübarizə etdiyini açıq şəkildə ortaya qoyumuşdur. 15 mart 1906-cı il tarixli “Tərcuman” qazetində dildə birliyə qarşı olan və ayrı ləhçələrin ədəbi dil olaraq gəlişdirilməsini müdafiə edənlərə bu şəkildə cavab verir: “Ümumi ədəbi dili olmayan millət, millət sayılmır. Türk övladlarından olan Tarançı, Sart, Özbək, Qırgız, Qazax, Qumuk, Nogay, Azerbaycan və.s tayfalar, Türkcə danışdıqları halda, şivələri başqadır. Bir-birlərini güclüklə anlayırlar. Bu hal birləşməyə, birliyə, bilgilərin, elimlərin hər kəsə duyurulmasına, tərəqqiyə, ədəbiyyata, dostluğa və qaynaşmaya əngəldir. Ona görə də, ən əvvəl, ən ziyadə, həpimiz üçün ehtiyac və lüzumlu olan, ümumi lisan, ədəbi Türkcə dildir... Bu iş pək o qədər yüngül (xəfif) deyilsə də, çarəsi bulunmaz müşkil də deyildir. Tərcüman qazətəsi Baxçasaraydan ta Kaşgara qədər oxunduğu, yəni anlaşıldığı, dil baxımından birləşmənin mümkün olduğuna böyük dəlildir”. Kırım Türkü İsmayıl bəy Qaspıralının üzərində durduğu ortaq ədəbi dil Türklərin tək bir millət sifəti ilə hər mövzuda birliyini simgələyəcək bir dildir. Qaspıralı bu xüsusdakı düşüncələrini belə ifadə edirdi: “Millətimiz böyü millətdir. Zaman, məkan və məsafə təsirləri ilə firqə-firqə ayrılıb, bir-birini bilməz və anlamaz dərəcəyə gəldiyi və Türk ismi alisini unudub, kimi Tatar, kimi Qarapapaq, kimi Qazaq, kimi Tarançı namları ilə dağılıb ufaldıqları məlumdur”. Buna görə Qaspıralı, ortaq ədəbi Türkcə qavramına tərs düşən hər cür sapmaya və ayrımcılığa qarşı bezmədən, usanmadan mübarizə etmişdir. Ona görə, ortaq ədəbi Türkcə “Bir cins, bir millət olduğumuzu aləmə göstərəcək, hakkı ictimaiyəmizi təmin edəcəkdir”. Türkiyəli yazar,TÜRK milliyyətçiliyini “TÜRKÇÜLÜK” adı altında sistemləşdirən böyük fikir adamı Ziya Göyalp da 10 qitəlik “Lisan” başlıqlı şeirində gənəl olaraq bir çox nəsir yazısında bəyan etdiyi dil, vətən və milli birlik qavramları ətrafındakı görüşlərini mənzum şəkildə əks etdirmişdir: Türklüğün vicdanı bir, dini bir, vatanı bir. Fakat hepsi ayrılır, olmazsa lisanı bir... Bu misralarda milli birlik və bərabərliyin qorunması baxımından ehtiyac duyulan ortaq “dil dəyəri”nə işarət edilmişdir. Şeirin tamamında ifadə edilən “milli dil” inşa etmə fikri, ulus-millət olmanın bir gərəyi olaraq önəmsənmişdir. Zira dil birliyi olmazsa, qövm, din və vətən birliyi də olmaz. Ziya Gökalp da İsmayıl bəy Qaspıralı ilə eyni düşüncədədir və dil birliyinin Türk millətin birliyini təmin edəcəyini düşünür. Buna görə dilimiz, müstəqilliyin təməli olan milli şüurun ən verimli qaynağıdır. Zira dil, toplumda müştərək bir duyğu, düşüncə və təsəvvürün gəlişməsini təmin edən birləşdirici bir sistemdir. Prof.dr. Mehmet Kaplan da “Dil, onu danışanların duyqu, düşüncə və xəyal dünyalarını təyin edər” deyərkən, bu təsbiti doğrulamışdır. Ortaq dil, ortaq yaşantının, ortaq düşünmənin, yəni birlikdə olmanın bir sonucudur. Eyni dili danışmaq bir millətin varlıq səbəbidir. Kaplan ortaq dil üzərində dururkən özəlliklə bu gərçəklikdən hərəkət etməkdədir: “Müştərək dil, müştərək kültür və mədəniyyətin məhsuludur. İçində yaşanılan kültür və mədəniyyət çevrəsi, bir dildə istifadə edilən kəlimələrin kadrosunu təyin edər. Buna əsasən fərd kimi cəmiyyətin də kültür və mədəniyyət səviyyəsini anladığı və istifadə etdiyi kəlimələrin cins və sayısından çıxarmaq mümkündür. Çünki həyat dilə əks edər.“Milli birlikdə ‘dil birliyi’ əsli - əsas bir rol oynar. “Dil birliyi” yenə modern-çağdaş fəlsəfənin başlıca terminlərindən biri olan “communication-anlaşma” vkıasının-olqusunun sosial bir təcəllisindən ibarətdir”. Hal-hazırdakı dünyamızın yeni şərtləri, siyasi düzəni biz Türklərin “dildə, fikirdə, işdə” birlik olmamızı gərəkdirir. Eyni kökdən olan Türk ləhcələri ayrı dil olaraq adlandırılmış və ayrı əlifbalarla yazılmışlardır. Bunun nədəni bəllidir, coğrafi və siyasi səbəblərdən dolayı olmuşdur. Yüzillərdir faşist və somürgəçi hakimiyyət quranlar (rus,fars, ingilis, fransız )millətlər içərisində özlərinə təhlükə olaraq gördükləri Türk millətinin əriyib yox olması siyasətini həyata keçirmək üçün Türkcənin ləhçələrini ayrı bir dil kimi qələmə vermişlərdir. Beləcə, “dildə birlik “ olmamıza mane olaraq “fikirdə və işdə “ birlik olmamızın önünü hiyləgər bir siyasətlə almışlar. Bu gün ortaq Türkcə zəruri və acil bir ehtiyacdır. Güney Azərbaycandakı, Uyğur elindəki, Kırımdakı, Kərkükdəki və başqa qan ağlayan Türk yurdlarındakı soydaşlarımızla da hər daim sürəcək sağlam birliyimiz ortaq Türkcə ilə mükündür. Çünki dil və yazım bütün əlaqələrin və iş birliyinin əsas açarıdır. Əgər bunu həyata keçirəriksə, ortaq dilimiz beynəlxalq bir dil olar. Ortaq Türkcə Birləşmiş Millətlərdə və digər nüfuzlu təşkilatlarda danışıq dili kimi qəbul edilər. Türk millətinin zəngin ortaq dili, müasir çağımızda çox işlək olan Türkiyə türkcəsi və Azərbaycan türkcəsi təməl alınaraq, həm də digər ləhçələrdəki (Qazax, Qırğız, Türkmən, Kırım-tatar və.s) ortaq kəlimələrlə və sözlü ədəbiyyat nümünələrindəki örnəklərdən yararlanılaraq meydana gələ bilər. Beləcə, həm dilimizin ləhcələrindəki ortaq kəlimələr aydınlatılmalı və fərqliliklər düzənlənməlidir ki, mükəmməl bir ortaq Türkçə formalaşmış olsun. Araşdırma məqaləmizin başlanğıcında paylaşdığım İsmayıl bəy Qaspıralının “Millətinə xidmət etmək istəyirsənsə, əlindən gələn işlə başla” sözlərinin nə qədər doğru olduğunu xatırlatmaq istərdim. Əgər bu gün Türk millətinə xidmət etmək istəyiriksə, əlimizdən gələn ən öndə, əsas iş ortaq Türkcəni meydana gətirmək olmalıdır. Unutmayaq, dil həm sosial, həm tarixi, həm də siyasi bir amildir! Türk millətinin birliyi üçün ortaq Türkcə acil və önəmli bir ehtiyacdır. P.S. Her zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyə təşəkkürünü bildirirəm!