​Diaspor təşkilatlarından daha bir təşəbbüs: Mitinq canlı yayımlansın

Baxış sayı:
12142

Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatla­rının təşəbbüsü ilə Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində - 23 fevral tarixində Avropanın siyasi mərkəzi olan Brüssel şəhərində (Lüksem­burq meydanında) “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq” və s. şüarlarla Ümumavropa Qarabağ mitinqi keçiriləcəkdir. Soydaşlarımız mitinqin canlı olaraq ölkəmizdə də yayım­lanma­sını istəyirlər.
Məsələ ilə bağlı, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Komitənin mətbuat xidmətindən vətəninfo.az-a bildirdilər ki: Diaspor təşkilatları belə bir təşəbbüs irəli sürüb. Komitə xaricdə yaşayan soydaşlarımızın hər bir təşəbbüsünə diqqət və həssaslıqla yanaşır. O cümlədən, bu mitinqin canlı yayımlanması ilə bağlı təşəbbüsə. Mitinqlə bağlı lazımi dövlət qurumlarına, eləcə də televiziyalara rəsmi məktublar göndərilib, mətbuata açıqlama verilib, sosial şəbəkə üzərindən diaspor təşkilatlarına bütün mümkün dəstəklər göstərilir.
Mitinq yerli vaxtla saat 1400 – 1600 arasında olacaqdır. Bu da Bakı vaxtı ilə saat 1700-1900-a düşür. Bu saatda hər kəs mitinqi Dövlət Komitəsinin rəsmi Facebook səhifəsindən (https://www.facebook.com/AzDiaspora/) canlı olaraq izləyə bilər. 
Mətbuat xidməti olaraq, bütün həmvətənlərimizdən xahiş edirik ki, mitinqlə bağlı xəbərləri, videoları sosial şəbəkə üzərindən, eyni zamanda müxtəlif dillərdə daha çox paylaşsınlar. Bu həm düşmənə bir cavabdır, həm də xaricdə yaşayan soydaşlarımızın fəaliyyətini stimullaşdırır.