​ Dəhşətli yol qəzası: 20 ölü, 38 yaralı

Baxış sayı:
8887

Nigeriyanın şimalında yerləşən Kasina ştatında ağır yol-nəqliyyat hadisəsi baş verib.
“RİA-Novosti” agentliyi xəbər verir ki, avtobusun yoldan çıxaraq çevrilməsi nəticəsində ən azı 20 nəfər ölüb, 38 nəfər yaralanıb.
Hadisəyə səbəb yüksək sürət göstərilir./ Publika