DƏHŞƏTLİ MÜHARİBƏ GÖZLƏNTİSİ - ABŞ yeni İran böhranı yaradır!

Baxış sayı:
6820

Ağ Evin sözçüsü Sarah Sanders İranın nüvə proqramı ilə bağlı İsrailin verdiyi açıqlamaların fərqində olduqlarını bildirərək, "İran nüvə silahlarına heç vaxt malik olmamalıdır. Bu vəziyyət, ABŞ-ın uzun zamandır bildiyi bir həqiqəti ortaya qoyur" - deyib.
Sanders, İsrailin baş naziri Binyamin Netanyahunun dünən keçirdiyi mətbuat konfrası ilə bağlı yazılı bəyanat verib. İranın nüvə proqramı ilə bağlı prosesin fərqində olduqlarını, İsrailin ortaya qoyduğu məlumat və sənədlər işığında mövzunu yaxından izlədiklərini bildirən Sanders, "Bu vəziyyət, ABŞ-ın uzun zamandır bildiyi bir həqiqəti ortaya qoyur. İran dinamik və gizli bir nüvə silahı proqramını davam etdirir. Bunu dünyadan və öz xalqından gizlətməyə çalışdı, lakin bacarmadı" deyə, qeyd edib.
 
İRAN NÜVƏ SİLAHINA MALİK OLMAMALIDIR
 
Sanders, “İran rejimi öz qonşularına və digər ölkələrə qarşı dağıdıcı silahları istifadə edəcəyini göstərmişdir. Bu səbəbdən İran nüvə silahlarına heç vaxt malik olmamalıdır" - deyib.
Netanyahunun İranla bağlı açıqlamalarını dəyərləndirən ABŞ xarici işlər naziri Mayk Pompeo da yazılı açıqlamasında, "Sənədlər İranın nüvə silah proqramını illərdir davam etdirdiyini göstərir. İran, nüvə silah və raket sistemlərini inkişaf etdirməyə davam etdi. İran çox böyük nüvə arxivini dünyadan və Beynəlxalq Atom Enerjisi Agentliyindən bu günə qədər gizlətdi" - vurğulayıb.

Qeyd edək ki, İsrailin baş naziri Netanyahu, nüvə proqrama dair İsrailin paytaxtı Təl-Əvivdə etdiyi açıqlamada, İsrail kəşfiyyatının "İran nüvə proqramı haqqında 183 CD-də qeyd olunmuş 55 min səhifəlik gizli məlumat" əldə etdiyini söyləmişdi. ABŞ prezidenti Donald Tramp, İranla bağlanan müqavilədən çəkilmək istədiyini dəfələrlə dilə gətirmiş və bu barədə son qərarını mayın 12-də elan edəcəyini açıqlamışdı. Buna qarşılıq, müqaviləyə imza atan ölkələrdən biri olan Fransa isə İranla bağlanan anlaşmaya sadiq qalınmasını, ya da yeni bir nüvə sazişinin bağlanmasını müdafiə edir.

Müxalifət.az