Dəhşətli etiraf: “8 MİN NƏFƏRİ QƏTL ETMİŞİK”

Baxış sayı:
5224

Astana prosesi çərçivəsində danışıqlar davam edərkən, Suriyadakı Əsəd rejimi zindanındakı 8032 müxalifətçinin qətlə yetirdiklərini etiraf edib.
 
Türkiyə, Rusiya və İranın razılığı ilə əsirlərin mübadilə məsələsi gündəmə gələndə Əsəd rejimi Hasəkə, Hələb, Xüms, Dəraa, Tartus, İdlib, Lazkiyə, Deyrizor, Rakkada qeydiyyatda olan 80 32 nəfəri qeydiyyatdan çıxararaq "ölü" kimi göstərib. Siyahıda jurnalistlər, alimlər, hərbçilər və dövlət vəzifəliləri var.
Soçidəki sammitdə tərəflər, zindandakı müxaliflərin azadlığa buraxılmasına razılaşanda Əsəd, nəzarətdə saxladığı on minlərlə Suriyalıdan 8 mininin "öldüyünü” etiraf etmək məcburiyyətində qalıb. Rejim, işgəncə altında qətlə yetirdiyi vətəndaşların ölüm səbəbi kimi isə "qəlb krizi” və ya" infeksiya”-nı göstərib.
 
QƏDDARLIQLA ÖLDÜRÜLDÜLƏR
 
Suriyalı general Edib Şellaf, Dəməşq tərəfindən saxlanılan mülki əhali sayının 200 mini keçdiyini və hələ də heç bir xəbər almayan adamlardan ən az 40 mininin işgəncə altında öldürüldüyünü qeyd edib. Hələb Polis Təşkilatının keçmiş rəisi general Şellaf, "Rejim daxili müharibə dövründə həbs olunan şəxslərin gizlicə qeydiyyatdan çıxarma qərarını artan beynəlxalq təzyiqlər səbəbiylə verib" deyib.
Müxalifət.az