​DƏHŞƏT: Qız noutbuka görə anasını öldürdü - FOTO

Baxış sayı:
4723

"Mənim anam özünü öldürüb. Mən onun cəsədini tapmışam. O, boğazını kəsib".
Muxalifet.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri 24 yaşlı qız məhkəmədə hakim qarşısında ifadə verərkən söyləyib.
Mançester şəhərində yaşayan 24 yaşlı Şarlen Sargent (Charlene Sargeant) 53 yaşlı anası Roki Sargentin (Rocky Sargeant) qətlində ittiham edilir.
Qız anasını öldürdükdən sonra bıçağı onun əlinə qoyaraq cinayətdən yayınmaq istəyib. O, hadisə yerinə gələn polislərə "məni itələdi, mən də öldürdüm" desə də, məhkəmədə ifadəsini dəyişib.
Məhkəməyə çıxarılan şəxslər ifadəsində bildiriblər ki, qız anası ilə tez-tez noutbukda vaxt keçirmək üstündə dalaşırdı.
Məhkəmə prosesi davam etdirilir.