​DƏHŞƏT: Buzlu yağış yağdı, 200-dən çox yol qəzası baş verdi

Baxış sayı:
2452

Kanadada buzlu yağışla əlaqədar 200-dən çox yol qəzası baş verib.
Bu barədə "CBC" məlumat yayıb.
Məlumata görə, qəzalar Böyük Toronto ərazisində qeydə alınıb. Bir-birinə çırpılan avtomobillər yol maneələrindən kənara çıxıblar.
Müvafiq dövlət orqanları sürücülərdən şəxsi nəqliyyat vasitələrindən maksimum az istifadə etməməyi xahiş ediblər. Ölkədə davam edən əlverişsiz hava şəraiti həmçinin Toronto Beynəlxalq Hava Limanında yüzlərlə aviareysin təxirə salınmasına səbəb olub(report).