Deputat BNA-nı İFŞA ETDİ: “Ölmüş şəxsə cərimə yazıblar"

Baxış sayı:
12439

Millət vəkili Tahir Kərimli Bakı Nəqliyyat Agentliyindən şikayətlənib. Muxalifet.az-ın məlumatına görə, Milli Məclisin payız sessiyasının ilk iclasında "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı millət vəkili Tahir Kərimli deyib ki, şəxsən o, Bakıda avtomobili saxlamaq üçün parklanma yeri tapa bilmir. Millət vəkili bildirib ki, avtomobillər dayanma ilə əlaqədar dərhal cərimələnir və bu, insanlarda narazılıq doğurur: “Hətta bir ölmüş şəxsin vəsiqəsi əllərinə düşüb, götürüb ona cərimə yazıblar. Buna son qoymaq lazımdır”.//Apa.az