Demet Akalın boşanır

Baxış sayı:
3298

Son günlərdə əmlak müsadirəsi xəbərləri ilə gündəmə gələn Demet Akalın və Okan Kurt boşanmaq qərarına gəlib.
Muxalifet.az xəbər verir ki, məhkəmə bu gün boşanma ilə bağlı iclas keçirəcək.
Cütlük 2012-ci ildə evlənib. Bir neçə il əvvəl isə Okanın işləri zəifləyib və “Martaş Lojistik” adlı ailə şirkətlərinin 150 milyon lirə borcu yaranmışdı. Borc ödənmədiyi üçün cütlüyün Beykoz səmtindəki evi müsadirə edilib. Məhkəmənin qərarına əsasən, villadakı əşyalar da müsadirə edilib. 
Demet isə bu hadisədən sonra boşanmaq qərarına gəlib.