Davudoğlunun quracağı yeni partiyanın arxasındakı ölkələr – Generaldan şok açıqlama

Baxış sayı:
10159

Türkiyə Baş Qərargahının keçmiş Kəşfiyyat rəisi, istefada olan general-leytenant İsmayıl Haqqı Pekin, Davudoğlunun quracağı yeni partiya iddialarına dair gündəmi silkələyəcək bir açıqlama verib.
 
Baş Qərargahın keçmiş Kəşfiyyat rəisi, istefada olan general-leytenant İsmayıl Haqqı Pekin, yeni partiya yaradacağı iddia edilən şəxslərin arxasında İngilis və Amerikanın olduğunu iddia edib.
Pekin “Superhaber” saytına etdiyi açıqlamada, "Yeni partiyanın arxasında bir üst ağıl var. Üst ağlın kim olduğu aydındır, bu, Amerika və İngiltərədir. Xüsusilə yeni partiya qurmaq işində İngilislərin fəal olduğunu görürük. Keçmiş Kırıkkala millət vəkili Əli Babacan, Mehmet Şimşək, Əhməd Davudoğlunun partiya qurma hesabı məhz İngilislərin məsələsidir. İngilislər regionu Amerikadan daha yaxşı bilir. Üst ağıl da onlardır", - deyib.

Müxalifət.az