Damla sosial şəbəkədə yayılan videosu barədə DANIŞDI: "Gürcüstanda iş adamının şəxsi evində..." - VİDEO

Baxış sayı:
12499

Müğənni Damla ötən gün sosial şəbəkədə yayılan videosu barədə açıqlama verib. “Qafqazinfo”ya danışan sənətçi Gürcüstandakı toyda silah açılan zaman təşvişə düşdüyünü bildirib. Damla qeyd edib ki, sosial şəbəkələrdə yazıldığı kimi “vorzakon” məclisində çıxış etməyib: “Gürcüstanda iş adamının şəxsi evində keçirilən məclis idi. Sosial şəbəkələrdə yazırlar ki, kişi toyunda, “vorzakon” məclisində oxumuşam. Orada qadınlar da var idi. Azərbaycan ailəsinin toyunda çıxış etmişəm, bəy və gəlin də olub. İfam zamanı silah açıldı, təşvişə düşdüm, hardasa 15 dəqiqə mahnı oxuya bilmədim. Ailədən olan xanımlar mənə yaxınlaşıb edilər ki, bu, bizdə adətdir, sevimli qonağımız olanda havaya silah açırıq. Üzr istədilər. Bəzilər deyir ki, bu, mənə olan hörmətsizlikdir. Xeyr, belə deyil. Məni hörmətlə qarşılayıb sevgi ilə yola saldılar. Bəylə gəlin zala daxil olanda da silah açdılar. Sevindiklərindən belə edirlər. Sadəcə, anidən olduğu üçün təşvişə düşdüm”.