Daha bir şəhidimiz torpağa tapşırıldı - FOTOLAR

Baxış sayı:
2263

Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Qarayev Eltun Elman oğlu ilə doğulduğu Bərdə rayonu Qazqurdalı kəndində vida mərasimi keçirilib.

Muxalifet.az apa-ya istinadən xəbər verir ki, Qarayev Eltun Elman oğlu Bərdədə Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində rayon rəhbərliyi, DSX-nın nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.