Daha bir ölkə Suriyadan çıxır

Baxış sayı:
2470

Fransa hərbçilərinin Suriyadan çıxarılması ilə bağlı müzakirələr aparılır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Fransanın Rusiyadakı səfiri Silviye Berman deyib.
O, ABŞ hərbçilərinin Suriyadan çıxarılması ilə bağlı qərarın onları xeyli təəccübləndirdiyini bildirib:
“Həmin tarixdən bəri ABŞ rəsmiləri ilə daimi əlaqədəyik. Fransanın koalisiya çərçivəsində bir sıra öhdəlikləri mövcuddur. Bunun pilləli şəkildə, planlı olması daha məqsədəuyğundur”.