Daha bir ölkə Pxenyanın diplomatını ölkədən qovur

İspaniya Xarici İşlər Nazirliyi Şimali Koreya səfirini arzuolunmaz şəxs elan edib.
Axar.az xəbər verir ki, bu barədə informasiya nazirliyin rəsmi Tvitter səhifəsində yer alıb. Rəsmi Madrid həmçinin səfirin səlahiyyət müddətinin 30 sentyabrda bitəcəyini söyləyib.
Qeyd edək ki, bundan öncə Küveyt Şimali Koreya səfirini ölkədən qovmuşdu.