Daha bir ölkə NATO üzvü oldu

Baxış sayı:
7426

Makedoniya Yunanıstan ilə 28 illik bir isim mübahisəsini həll etdikdən sonra NATO üzvlük protokolunu imzalayıb. NATO-nun Brüssel qərargahında təşkil edilən mərasimdə ölkənin xarici işlər naziri Nikola Dimitrov Makedoniya adına sənədə imza atıb. Tədbirdə NATO-nun baş katibi Jens Stoltenberq və 29 müttəfiqlərin daimi nümayəndələri iştirak ediblər.
 
Stoltenberg bütün daimi üzvlərin protokolu imzalamaq üçün istifadə etdikləri qələmi Dimitrova hədiyyə edib.
Makedoniyanın üzvlüyünün başlaması üçün iştirak protokolunun bütün üzv ölkələrin parlamentlərində təsdiqləməsi və bəzi rəsmi proseslərin tamamlanması lazımdır.
Bu müddətdə Makedoniya qonaq olaraq NATO yığıncaqlarına dəvət ediləcək.
Digər tərəfdən, Makedoniyanın ad dəyişikliyinə dair Yunanıstanla imzaladığı “Prespa” müqaviləsinə görə, Afinanın iştirak protokolunu imzalayıb, parlamentində təsdiqlədikdən sonra ölkənin adı rəsmi olaraq Şimali Makedoniya olacaq.
Qeyd edək ki, NATO keçən il keçirilən Brüssel Sammitində Makedoniyaya üzvlük təklifi göndərib.
Stoltenberg mərasimin əvvəlində etdiyi çıxışında, iştirak protokolunun imzalanmasını "tarixi bir an" olaraq xarakterizə edərək "Sizin ailəmizə qatılmanızı uzun müddət gözlədik" deyib.
Dimitrov isə Makedoniyanın baş naziri Zoran Zaev və Yunanıstanın baş naziri Aleksis Çiprasa ad probleminin çözülməsindəki səylərinə görə təşəkkür edib.
Müxalifət.az