DAHA BİR NAZİR TRAMPDAN İMTİNA ETDİ... - ABŞ-da siyasi böhran

Baxış sayı:
816

ABŞ-da Konqresə hücumdan sonra Ağ Evdə baş verən istefaların ardınca Nazirlər Kabinetindən ikinci istefa xəbəri gəlib.

Belə ki, nəqliyyat naziri Eleyn Çaodan sonra təhsil naziri Betsi Devos da Trampa göndərdiyi istefa məktubunu yayımlayıb.

Devos ABŞ prezidentini gərginliyi artırmaqda və insanları Konqresə hücum üçün təhrik etməkdə ittiham edib: “Hadisələrin inkişafında sizin çıxışınızın təsirli olması məsələsində şübhəm yoxdur və bu mənim üçün partlayış nöqtəsi oldu”.

Xatırladaq ki, dünən Ağ Evdən ard-arda istefa xəbərləri gəlmişdi. Konqresə olunan hücumun ardınca isə Ağ Evin mətbuat katibi müavini Sara Metyüs, Ağ Ev sosial işlər müdiri Krisitina Niketa və Melaniya Trampın mətbuat üzrə katibi Stefani Qrişam istefa vermişdi.