​Daha bir Avropa ölkəsində partlayış

Baxış sayı:
2026

Albaniyanın şimalındakı Şkoder şəhərində partlayış hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, baş verən partlayışda 8 nəfər ağır yaralanıb. Yaralılardan 3-ü paytaxt Tirana göndərilib, nisbətən yüngül yara almış 5 nəfər isə Şkoderdə yerləşən regional xəstəxanada müalicə edilib.
Alban polisinin verdiyi məlumata görə, bir bina qarşısındakı motosikletə partlayıcı maddə yerləşdirilib. Hadisə ilə əlaqədar başladılan istintaq tədbirləri çərçivəsində təhlükəsizlik gücləri hadisə şahidlərinin ifadələrini alıb. Bir neçə şəxsin saxlanıldığı bildirilir.