​DAA rəhbəri 3 nəfərə VƏZİFƏ VERDİ

Baxış sayı:
24625

Dünya Azərbaycanlıları Assambleyasının daha iki ölkədə nümayəndəliyi təsis edilib.
Assambleyadan Axar.az-a verilən məlumata görə, bu gün DAA prezidenti Rəşad Quliyevin sərəncamı ilə iki nümayəndəliyə rəhbər təyin edilib.
Dünya Azərbaycanlıları Assambleyasının Türkiyə nümayəndəliyinə Aydan Özkurt Əliyeva, İtaliya nümayəndəliyinə Yusifzadə Bahar, maliyyə məsələləri departamentinə isə Aydın Qaraca rəhbər təyin olunub.
Bu yaxınlarda DAA-nın Amerika Birləşmiş Ştatları, Qətər, Küveyt və Çin təmsilçiliklərinin yaradılacağı gözlənilir.