Cəzaçəkmə müəssisələrində əfv sərəncamı icra olunur - FOTO (YENİLƏNDİ)

Baxış sayı:
3991

2 saylı cəza çəkmə müəssəsində əfv sərəncamı icra edilib.
Cəzaçəkmə müəssisəsinin rəisi Fikrət Qafarov 2 saylı cəzaçəkmə müəssisəsindən əfv olunan 62 məhkumu təbrik edib: "Bu dəfə Prezidentin sərəncamı ilə 600 nəfərdən çox məhkum əfv edilərək azadlığa buraxılıb. Ümid edirik ki, bundan sonra heç birinizin yolu bu müəssisələrə düşməyəcək".
Daha sonra əfv olunan 62 məhbusa azad olunmaları ilə bağlı sənəd paylanılıb.
Azadlığa çıxan məhbuslar əfv olunduqları üçün Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.