"Çox sevindirici haldır ki, dövlətimizin 10 milyonuncu sakininin anasıyam" - NİGAR ORUCOVA

Baxış sayı:
12406
“Bu, sözlə ifadə ediləcək hisslər deyil. Çox sevindirici haldır ki, dövlətimizin 10 milyonuncu sakininin anasıyam. Bu hiss qürurvericidir”.
 
Bu barədə ONA-ya Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənzadənin anası Nigar Orucova bildirib.
 
O, bu gün ölkə Prezidenti və birinci xanım Mehriban Əliyevanın körpəyə baş çəkməsindən hədsiz sevinc hissi keçirdiyini dilə gətirib: “Prezidentimizin və Mehriban xanımın gəlişi bizə ikiqat bayram oldu. Çox sağ olsunlar. Bu qayğıya görə dövlətimizə təşəkkür edirəm”.