Çovdarov son sözünü dedi: "İttihamların hamısı qərəzlidir"

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. 
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə Akif Çovdarova söz verilib. O, 20 səhifədən ibarət çıxış hazırlayıb və son söz deməyə başlayıb. 
Akif Çovdarov ittihamları qəbul etməyib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 
"Mən ölkədə xidmətlərim olub. MTN-də işlədiyim vaxtlardan mənə qarşı qərəzli münasibətlər aparılıb. Mən ölkəm üçün, vətənim üçün xidmət aparmışam. İttihamların da hamısı qərəzlidir" 
Hazırda prosesdə fasilə elan olunub.