Conson İran üçün Trampın sevimli ŞOUSUNA QATILIR

Baxış sayı:
4213

Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson ABŞ Prezidenti Donald Trampı İranın nüvə proqramı ilə bağlı birgə fəaliyyət planından çıxmamağa razı salmaq üçün Trampın ən sevimli televiziya proqramlarından biri olan “Fox & Friends”də iştirak edəcək.
Muxalifət.az xəbər verir ki, Conson səfər çərçivəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens və prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonla görüşəcək.
Xatırladaq ki, İngiltərə mətbuatı XİN rəhbərinin Vaşinqtona səfərini Trampın nüvə sazişindən imtina etməməsi üçün göstərilən siyasi cəhdlərin son parçası kimi təqdim edib.