CƏNUBİ QAFQAZI GÖZLƏYƏN GEOPOLİTİK ZƏLZƏLƏ:"İranda kürd amili önə keçsə, Azərbaycan məsələsi də meydana çıxacaq" – TƏHLİL

Baxış sayı:
2324

İrandakı hadisələr haqda daxil olan məlumatlar yarımçıq xarakter daşıyır. Lakin müəyyən sistemlilik almağa başlayır, incələmək və ilkin nəticələr çıxarmağa imkan verir.
Deməli, "əl-Ərəbiyyə" telekanalının xəbərlərinə əsasən, minlərlə etirazçı 2018-ci il yanvarın 1-ə keçən gecə Tehranda İran ruhani lideri Xameneinin iqamətgahı yerləşən Paster küçəsinə toplaşıb. Onların binaya hücum etmək və yaxud qarşılarına rəhbərin hazırda harada olduğunu yoxlamaq vəzifəsi qoyulub-qoyulmadığı aydın deyil, çünki əvvəllər şayiələr dolaşırdı ki, guya, o, İran paytaxtını tərk edib. Asayiş qüvvələri və İslam İnqilabı Keşikiçiləri Korpusu buna qədər ruhani liderin iqamətgahı ətrafında və bitişik küçələrdə təhlükəsizlik tədbirlərini gücləndirib. Bütün əlamətlərə əsasən, onlarla etirazçılar arasında toqquşma olmayıb.
Xatırladaq ki, etiraz aksiyalarının başlanmasıyla bağlı olaraq yanvarın 1-də parlamentin fövqəladə toplantısını çağırmaq planlaşdırılmışdı, amma indiki anda (söhbət yanvarın 1-i saat 21-22 radələrindən gedir-tərc.) bu haqda hər hansı məlumat daxil olmayıb. Bu, bir.
İkincisi: İran prezidenti Həsən Ruhani siyasi səhnədə öz varlığını ifadə edib. O, etirazlar başlanandan sonra ilk dəfə ictimai şəkildə bildirib ki, “xalqın etiraz və hökumətin ünvanına tənqid hüququ var” və çıxış iştirakçılarını “diqqəti ölkənin problemlərinə, xalqın həyatının yaxşılaşmasına yönəltməyə” çağırıb.
Ruhani sonra ABŞ prezidenti Donald Trampın ünvanına tənqidlə çıxış edərək iddia edib ki, onun İran xalqının dərdinə şərik olmaq haqqı yoxdur, çünki İranı bir neçə ay qabaq “terrorçu ölkə” adlandırıb.
Ruhani habelə qeyd edib ki, çaxnaşmalar daxili problemlərdən törəyib və iqtisadi məsələlərin həlli üzrə işi fəallaşdırmağı vəd edib.
Prezident bununla yanaşı əlavə edib ki, “propblemlərin dərin kökünü tapmaq üçün” İrandakı durumdan istifadə etmək lazımdır.
ABŞ-a və bir sıra başqa ölkələrə, xüsusən də Səudiyyə Ərəbistanına gəlincə, Ruhani onları xaricdən təhrikdə ittiham edib.
Bu, Vaşinqtonun etirazçıları dəstəkləməsi, Trampın isə İran üçün “dəyişikliklər dövrünün” çatdığı bəyanına reaksiyadır. Beləliklə, görünür, prezident hakimiyyəti öz əlində cəmləməyə başlayır. Ola bilsin, yeni impulslar almağı tərgidən durumda dönüş, ehtirasların səngiməsi məqamı yaxınlaşır.
Lakin problemlər tamamilə qayçılanıbmı? Birinci vitse-prezident İshaq Cahangiri əvvəllər fərziyyə ilə çıxış edib ki, etirazların arxasında hər şeydən əvvəl “arxasında daha kimlərinsə durduğu” hökumət əleyhdarları durur, amma başqa bir versiya da qüvvədə qalır. Buna görə, etiraz aksiyaları Ruhaninin mövqeyini zəiflətmək məqsədilə İran elitasının mühafizəkar dairələrinə yönlənmiş güclər tərəfindən törədilib.
İranda durumun hansı yönə yırğalanacağını ən yaxın günlər göstərəcək. Etirazlar İranın şimali-şərqində Məşhəddə başlanıb. Bu, ümumilikdə Xorasan vilayətində əvvəlcə beş şəhəri, bütün ölkə miqyasında İranın 63 şəhərini bürüyüb. Aksiyalar sonradan şimali-şərqdən kürdlərin sıx şəkildə yaşadığı qərbə doğru keçməyə başlayıb.
Söz düşmüşkən, İranda kürd əhalinin sayı İraq Kürdüstanındakından çoxdur. Türkiyə və Qərb qaynaqlarınn məlumatlarına görə, onların PKK ilə əlaqəsi var. 2004-cü ildən İran ərazisində İslam Respublikasının kürd əhalisinin siyasi və mədəni hüquqları uğrunda çıxış edən “Kürdüstan azad həyat partiyası” (PYAK) fəaliyyət göstərir. Buna görə də indiki etiraz hərəkatından faydalanan, marağı olan xarici qüvvələr İranda kürd amilini fəallaşdırmaq səyləri göstərə bilər.
Kürdlər başqa bir milli və sayca böyük azlıqdan – İran hökuməti sistemində müxtəlif və eyni zamanda yüksək postlar tutan azərbaycanlılardan fərqli olaraq ölkə siyasəti və iqtisadiyyatında fəal iştirak etmirlər. Xarici siyasətdə isə bu gün Tehranla Ankaranı nəsə yaxınlaşdırırsa, bu, kürd məsələsi, İranla Türkiyənin bölgədə “yeni İsrail”in yaranmasını önləmək cəhdləridir. Lakin İranın kürdlərin İran dünyasına mənsubluğu kimi önəmli amildən yararlanmaq şansı var idi – İranın əksər siyasətçi və politolqoları buna çağırıb.
Kürd mühiti Tehrandan uzaqlaşdırılıb. Eyni zamanda Türkiyənin şərq bölgələrində Ankaranın kürdlərə qarşı müntəzəm və sistemli müharibəsi gedir. Bəzi ekspertlərin fikrincə, “bu, hazırda miqyasına görə Əfqanıstandan sonra ikinci münaqişədir”. Bax, kürdlərin İranda indiki etirazlarda “görünməsi” buna görə İran və Türkiyənin etnik-mədəni və bölgəsəl süqutu və parçalanması prosesinin başlanması və yaxud fəallaşması imkanı haqda düşüncələr doğur.
Bununla yanaşı, İranda ancaq kürdləri hərəkətə gətirsələr, qaçılmaz şəkildə Azərbaycan məsələsi də meydana çıxacaq, Cənubi Qafqazda geopolitik tektonika hərəkətə gələcək.
İranın Suriya, İraq və Yəməndəki mövqelərini – Tehran burada açıq şəkildə xal üzrə udur – sarsıtmaq imkanı olmayan xarici qüvvələr obyektiv iqtisadi və sosial-siyasi problemlərdən faydalanmaqla İran daxilindəki durumu laxlatmağa cəhd edə bilər. Tehranın arxa cəbhəsi alt-üst olsa, onun Yaxın Şərqdəki uğurlarının böyük qismi sürətlə dəyərsizləşəcək. İran duruş gətirsə, onda onu növbəti dəfə dünya birliyinə Yaxın Şərqdə “demokratiyanı və öz xalqının azadlığını boğan diktator” kimi təqdim edəcəklər. Lakin kiminsə İran hüdudlarından kənarda Tehranın tərəfində oynayaraq durumu çevirəcəyi başqa bir oyun imkanı da var.
Məsələ bundadır ki, bu cür xarici qüvvələr varmı? Rusiya XİN hələlik bildirib ki, İrandakı hadisələr daxili məsələdir və ümidini ifadə edib ki, “durum zorakılıq və qan axması ssenarisi üzrə inkişaf etməyəcək”, həmçinin İrana “vəziyyəti qarışdıran” xarici müdaxilənin yolverilməzliyi haqda qənaətini ifadə edib. Amma bu, yetərli deyil. Nəsə bizə təlqin edir ki, Moskva tezliklə daha ciddi qərarlar almalı olacaq.
Tərcümə Strateq.az-ındır.