CNN Camal Qaşıqçının son sözlərini yayımladı

Baxış sayı:
6037

Amerikanın CNN televiziyası Camal Qaşıqçı-nın ölməmişdən əvvəl son sözlərini yayımlayıb. CNN xəbərini Qaşıqçı cinayətinin araşdırması haqqında məlumat alan və Qaşıqçının son anlarının səsyazmasının tərcüməsini görən bir mənbəyə əsaslandırıb. Qaşıqçının ölümünün təsadüfən işlənmiş bir cinayət olmadığını və əvvəlcədən planlaşdırdığını söyləyən xəbər mənbəyi, Qaşıqçının onu öldürmək istəyənlərə qarşı mübarizə apardığını bildirib. Səsyazmasında Qaşıqçı-nın cəsədinin bir mişar ilə hissələrə bölündüyü bilgisinin də yer aldığı bildirilən xəbərdə, cinayətkarlara Qaşıqçı-nın bədəni hissələrə ayrılarkən musiqi dinləmələri tövsiyə edildiyi ifadə edilib. Xəbərdə həmçinin səsyazmasında cinayət işlənəndən sonra bir sıra telefon danışıqları aparılaraq qarşı tərəfə məlumat verildiyi bilgisinin də yer aldığı qeyd edilib. Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın jurnalist Camal Qaşıqçının 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülməsindən sonra tənqidlərin hədəfi olmuşdu. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Qaşıqçının öldürülməsi əmrini bin Salmanın verdiyi nəticəsinə varmışdı. Müxalifət.az