Cəmil Həsənlinin qızının şikayəti təmin edilmədi

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin kassasiya şikayətinə baxılıb.
 
Ali Məhkəmədə hakim Əli Seyfullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən Günel Həsənlinin şikayəti təmin edilməyib.
 Qeyd edək ki, Günel Həsənli 2014-cü il sentyabrın 19-da “KİA” markalı şəxsi avtomobili ilə yolu keçmək istəyən 86 yaşlı Bakı sakini Adilə Səlimovanı vurub. Hadisə Yasamal rayonu ərazisində baş verib. Fevralın 20-də Yasamal Rayon Məhkəməsi G.Həsənlinin 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edilməsi barədə hökm verib./lent.az