Çirkli əməkdaşlığa yenidən başlayırlar! ABŞ-dan YPG-yə yeni yardım

Baxış sayı:
11602

ABŞ prezidenti Donald Trampın "Suriyadan çəkilmə" açıqlamasına baxmayaraq ABŞ-ın YPG-yə yönələn yardımları davam edir.
 
 “K24”-ün xəbərinə görə, ABŞ prezidenti Donald Trampın 19 dekabrda ABŞ qüvvələrini çəkəcəklərini elan etməsindən bu yana terror təşkilatı YPG nəzarətindəki bölgələrə 3 konvoyluk hərbi yardım çatdırıldığı bildirilib.
 
Hərbi sursat göndərildi
 
 Suriya İnsan Haqları Təşkilatına görə, ABŞ hərbi qüvvələri srağagün gecə İraq Kürd Regional Rəhbərliyi üzərindən Ayn əl Arab (Kobani) və Fəratın şərqinə 150 TIR konvoyla hərbi sursat və zirehli maşın göndərib.
Təşkilatın məlumatına əsasən ABŞ Trampın açıqlamasından bu yana Demokratik Suriya Qüvvələrinin (DSG) nəzarətində olan bölgələrə 3-cü dəfə hərbi yardım konvoyu çatdırıb.
 
3 müxtəlif yardım
 
 20 dekabrda Deyr əz-Zor bölgəsinə 150, 29 dekabrda da beynəlxalq koalisiya qüvvələrinin yerləşdiyi Rakka, Münbiç və Ayn İsa-ya 200 TIR-lıq konvoyun çatdığı qeyd olunub.
Qeyd edək ki, Suriyadan çəkilmə qərarı ilə bağlı ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik müşaviri Con Bolton, "Kürdləri qorumağa yönəlik razılıq əldə olunmadan ABŞ əsgərlərinin çəkilməsi həyata keçməyəcək" demişdi.
Müxalifət.az