Çirkli bazarlığa Türkiyə “yumruğu”

Baxış sayı:
5623

Yunan Kipri birtərəfli addımlarıyla Şərqi Aralıq dənizidə təzyiqin artmasına səbəb olur. Türkiyə isə çirkli bazarlıqlara maneə törətmək və Türk Kiprinin haqqlarını qorumaq üçün səy göstərir.
 
3.5 trilyon kub metr təbii qaz ehtiyatı, 1 milyard 700 milyon barel neft qaynağı, bağlı qapılar arxasında icra edilən çirkli bazarlıqlar... Şərqi Aralıq dənizidə gərginlik hər keçən gün artır.
 
Türkiyə və KKTC-nin prosesdən kənar tutulması təzyiqi yüksəldir
 
Ağrılı prosesin baş aktyoru Cənub Kipr Yunan Rəhbərliyidir. Yunan Kipri ABŞ, Yunanıstan, Misir, İsrail, İtaliya və Fransanın da aralarında olduğu ölkələrlə görüşlər keçirir. Türkiyə və Şimal Kipr Türk Respublikası isə bu görüşlərdən kənar saxlanılır.
Türkiyənin isə davranışı dəqiqdir. Hər fürsətdə KKTC-nin haqlarını müdafiə edəcəyini ifadə edərək adanın iki xalqının da bərabər haqqa sahib olması lazım olduğunu vurğulayır. Yunan Kipri isə hər keçən gün birtərəfli addımlara daha bir yenisini əlavə edir, təzyiqin daha da yüksəlməsinə səbəb olur. Bunun son nümunəsi isə ABŞ-lı Noble Enerji Şirkəti ilə edilən razılaşmadır.
Yunanların məqsədi razılaşma ilə 18 ildə 9 milyard dollar gəlir əldə etməkdir. Türkiyə isə Kipr Türkünü kənarda saxlayan razılaşmaları nəticəsiz buraxmaqda qərarlıdır. Son 2 ildə 4 araşdırma gəmisinin fəaliyyətlərinə Türkiyənin səyləri sayəsində maneə törədildi.
Türkiyə Kipr Türklərinin haqlarını qorumaq üçün verdiyi mübarizə ilə yanaşı, bölgədəki enerji fəaliyyətlərini də artırıb.
Fateh qazma gəmisi öz qitə sahəsi içərisində, Antaliya açıqlarında qazmalar reallaşdırır. Yavuz qazma gəmisinin isə gələcək ay qazmaya başlaması gözlənilir. Barbaros Heyrəddin Paşa gəmisi isə adanın cənubunda təbii qaz axtarır. Seysmik araşdırmalar KKTC-nin verdiyi səlahiyyətlə edilir. Araşdırma fəaliyyətlərinə ola biləcək bir hücums maneə törətmək üçün döyüş gəmiləri də qazma işlərini müşayiət edir.
Bölgədə təzyiqin düşməsi üçün edilməsi lazım olan tək şey masaya oturmaqdır. Enerji şirkətləri və söz mövzusu ölkələr Türkiyə və KKTC ilə də masaya oturmalı və ədalətli bir müqavilə bağlamalıdır.
Müxalifət.az