“Çinin Uhan şəhərindəki 7 azərbaycanlı tibbi müayinədən sonra təyyarəyə mindiriləcək” – TÜRK NAZİR

Baxış sayı:
2162

Çində koronavirusun qeydə alındığı Uhan şəhərində 34 Türkiyə vətəndaşı, 7 azərbaycanlı, 7 gürcü və 1 albaniyalı tibbi müayinədən sonra təyyarəyə mindiriləcək.

Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Nazir qeyd edib ki, indiyə kimi Türkiyədə koronavirusa yoluxma halı qeydə alınmayıb.