Çindən Tibeti ələ keçirmək üçün yüzmilyardlıq plan

Baxış sayı:
4012

Çin XIV Dalay Lamadan sonra onun xələfi uğrunda mübarizəyə nəzarəti gücləndirmək üçün Tibetə milyardlarla dollar yatırır.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı NBC televiziyası yayıb. Məlumata görə, bir müddət əvvəl Çin hökumətinin nümayəndələri Tibetə səfər edərək, 3,3 milyon əhalisi olan regionun inkişafı proqramını təqdim ediblər. Yeni proqrama əsasən, Tibetdə yeni infrastruktur layihələri həyata keçirilməli, özəlliklə yeni hava limanları və avtomagistrallar yaradılmalıdır:
“Yeni proqram üçün Pekin 97 milyard dollar investisiya yatırtmaq niyyətindədir. Bu layihəyə əsasən, Tibet buddistləri üçün önəmli olan məkanlar müdafiə altına alınacaq və bölgədə dayanıqlı “yaşıl iqtisadiyyat” yaradılacaq.
Çin bununla həmçinin Tibet Dalay Lamasının bölgəyə təsirini zəiflətmək istəyir. Belə ki, Çin özəlliklə buddist məbədlərinin təmirinə pul ayırır. Bunun hesabına Pekin buddistlər arasında nüfuzunu artırmağa çalışır.
Hazırda Dalay Lamanın 83 yaşı var. Əksər tibetli qorxur ki, Çin Dalay Lamanın varisi məsələsindən istifadə edərək, Tibet buddizmini parçalayacaq. Təsadüfi deyil ki, Pekində tez-tez hakimiyyətin diqqətini növbəti Dalay Lamaya yönəltməli olduğu çağırışları edilir”.