​Çindən sərt xəbərdarlıq: TƏLƏBLƏRİ POZAN...

Baxış sayı:
4829

Çin BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı qətnamələrin şərtlərini tamamilə yerinə yetirir.
Muxalifət.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan danışıb.
 “Çin hökuməti BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı qətnamələrinin tələblərini pozan ölkənin hər hansı bir fərdinə və ya təşkilatına qarşı sərt tədbirlər görəcək”, - XİN rəsmisi deyib.
Qeyd edək ki, Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq nüvə-raket sınaqlarına davam edir.