​Çindən İran və Rusiyanı narahat edən açıqlama: "Diz çökəcəklər..."

Baxış sayı:
7654

Çin nüvə yanacaqlı təyyarədaşıyan gəmini inşa etmək üçün lazımı texnologiyanın inkişaf prosesini sürətləndirdiyini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, CSIC nüvə yanacaqlı təyyarədaşıyan gəmisi, yeni tipli nüvə dənizaltısı və kəşfiyyat dəniz vasitələrində tətbiq olunacaq texnologiyaların inkişaf prosesini sürətləndirib.
Ekspertlərə görə, Çinin müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlar Rusiya və ABŞ tərəfindən narahatlıqla izlənilir. Təsadüfi deyil ki, ABŞ İran və Rusiya ilə yanaşı, Çini də Vaşinqton üçün əsas təhdidlər adlandırıb. Rusiya isə, hər nə qədər Çinlə hərbi əməkdaşlığa müsbət yanaşsa da, mütəxəssislər hesab edir ki, bu ölkənin müdafiə sənayesi yaxın gələcəkdə dünyanın silah bazarında Rusiya üçün ən ciddi rəqiblərdən biri olacaq.