Çində tarixi qərar gözlənilir: Məhdudiyyət ləğv edilir

Baxış sayı:
8077

Çin hökuməti ailə başına düşən uşaq sayı məhdudiyyətini ləğv edə bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, müvafiq qərar cari ilin sonuna qədər qəbul oluna bilər. Çin bu yolla ölkə əhalisinin sürətlə qocalması problemi ilə mübarizə aparmağı, həmçinin beynəlxalq tənqidlərə son qoymağı düşünür.
Qeyd edək ki, Çində “bir ailə - bir uşaq” məhdudiyyəti siyasəti ölkənin demoqrafik partlayış ərəfəsində olduğu vaxt - 1979-cu ildə qəbul edilib.
2015-ci ilin oktyabr ayında Çin Kommunist Partiyasının 5-ci plenumunda ailənin birdən çox uşaq saxlamasına qoyulan qadağa aradan qaldırılıb. Bütün çinli ailələrə iki uşaq saxlamağa icazə verən qanun isə 2016-cı il yanvarın 1-dən qüvvəyə minib.