Çində qədim “ölümsüzlük iksiri” tapıldı

Baxış sayı:
1486

Çinin Xenan əyalətində aparılan qazıntılar zamanı eramızdan əvvəl 202-ci ilə aid bürünc kuzə tapılıb.
Arxeoloqlar kuzənin içərisindəki mayenin o zamanlar istifadə olunan ölümsüzlük iksiri olduğunu bildiriblər.
Ria Novosti-nin məlumatına görə, 3,5 litlik qabın içərisindəki mayenin tərkibi kalium nitrat və alunitdən ibarətdir. Məzarın o dövrdə yaşamış bir zadəgana aid olduğu güman edilir.
Məzardan  mis və nefritdən olan bəzək əşyaları da tapılıb.