​Çində hərbi təyyarə qəzaya düşüb - Ölənlər var

Baxış sayı:
7498

Çin Xalq Azadlıq Ordusunun hərbi dəniz qüvvələrinə məxsus təyyarə Xaynan əyalətində qəzaya düşüb. Nəticədə pilotların hər ikisi həlak olub.
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, insident hərbi təyyarə Ledun-Li muxtar bölgəsində təlim uçuşu həyata keçirərkən baş verib. Hazırda qəzanın səbəbləri araşdırılır.