​Çində dəhşətli zəncirvari qəza: 13 ölü, 31 yaralı

Baxış sayı:
2161

Çinin Qansu vilayətində avtomagistralda baş verən zəncirvarı qəzada ən azı 13 nəfər ölüb, 31 nəfər yaralanıb. Yaralıların 11-nin vəziyyəti ağırdır.
Muxalifet.az xəbər verir ki, hadisə noyabrın 3-də yerli vaxtla saat 19:20-də (Bakı vaxtı ilə 15:20) Lancou şəhəri yaxınlığında avtomagistrala giriş üçün ödəniş məntəqəsində baş verib. İdarəetməni itirən yük maşını ödəniş məntəqəsindəki 30-dan çox avtomobilə çırpılıb.
Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub. Polislər ölü və yaralı sayının arta biləcəyini güman edirlər.