ÇİN RUSİYANIN DƏHŞƏTLİ RAKETİNİN KOPYASINI YARATDI

Baxış sayı:
2398

Çin ordusunun raket qüvvələri məxfi şəkildə Rusiyanın “Xəncər” raketlərinə bənzər aeroballistik raketlərin sınağını keçirib.
Muxalifət.az xəbər verir ki, “Diplomat” jurnalı yeni raketin adının CH-AS-X-13 olduğunu yazıb. Raketin ilk sınağının 2016-da, son sınağının isə 2018-də keçirildiyi vurğulanıb.
Son sınaqda raket SSRİ bombardmançısı Tu-16-nın bənzəri olan H6X1/H-6N-dən buraxılıb. CH-AS-X-13 6 min kilometr məsafədəki bütün hədəfləri vurmaq qabiliyyətindədir.
Qeyd edək ki, Rusiya “Xəncər” hipersonik aviasiya raket kompleksini 2017-ci ildə silahlanmaya qəbul edib. Moskva bu raketin qarşısını heç bir hava hücumundan müdafiə sisteminin almaq gücündə olmadığını bildirib.