​Çin Rusiya və daha 58 ölkə üçün viza rejimini ləğv etdi - SİYAHI

Baxış sayı:
1402

Çin hökuməti Xaynan adasına səfər edən rusiyalı turistlər üçün viza rejiminin ləğv edilməsi barədə qərar qəbul edib. Muxalifət.az bildirir ki, imzalanan sənədə əsasən, qərar 2018-ci il mayın 1-dən qüvvəyə minəcək və 59 ölkəyə şamil olunacaq. Qeyd olunur ki, 2017-ci ildə Xaynan adasını 284 min rusiyalı turist ziyarət edib. Bu adaya səfər zamanı viza rejimi ləğv olunan ölkələr arasında Böyük Britaniya, Fransa, Ukrayna, İtaliya və Yunanıstan da var./trend/