​Çin: “May ayında ABŞ və Şimali Koreya görüşəcək”

Baxış sayı:
6274

Çinin XİN rəhbəri Van İ qeyd edib ki, Koreya yarımadasında müsbət dəyişikliklər nəzərə çarpır.
Muxalifet.az xəbər verir ki, diplomatın sözlərinə əsasən, bütün tərəflər səmimi fikir mübadiləsi aparır.
Bu səbəbdən nazir bəyan edib ki, ABŞ və Şimali Koreya liderlərinin planlaşdırılan görüşü qarşılıqlı anlayışı sürətləndirə bilər:
“Amma tarixi təcrübə göstərir ki, yarımadada gərginlik azalanda və sülhün ilk şüaları düşəndə bir çox hallarda dağıdıcı faktorlar üzə çıxır”.