Çin Ermənistana "yox" dedi, ümid yenə Rusiyaya qaldı

"Ermənistanla Çin arasında silah təchizatının aparılması barədə razılaşma mövcud deyil"
Bu barədə jurnalistlərlə görüşü zamanı Ermənistanın müdafiə naziri Vigen Sarkisyan deyib. 
"Çində silah təchizatı barədə razılıq əldə olunmayıb. Amma çox əhəmiyyətli görüşlər keçirilib, strateji danışıqlar və əməkdaşlıq layihələri haqqında müzakirələr aparmışıq"- deyə erməni nazir bildirib. 
V.Sarkisyan Ermənistan silahlı qüvvələrinin uzun illər Çindən idxal edilən bəzi silah növlərinə sahib olduğunu bildirib. 
Erməni nazir, həmçinin bildirib ki, Rusiyadan Ermənistana silah təchizatı ilin sonuna kimi başa çatacaq. 
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın Çinə səfəri çərçivəsində silah təchizatı ilə bağlı gizli razılaşmanın əldə olunduğu bildirilirdi.