​Çin ABŞ-la qarşı-qarşıya – BOYUN ƏYMƏYƏCƏYİK!

Baxış sayı:
5956

Dünyanın ən böyük 2 iqtisadi gücü - ABŞ və Çin arasındakı ticarət müharibəsi pik həddə çatıb.
Muxalifet.az “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, Vaşinqtonun Çinə qarşı ticarət tariflərinin növbəti mərhələsi qüvvəyə mindikdən sonra Pekin ABŞ-la bütün ticari-iqtisadi danışıqları ləğv edib. 
Qəzetin Çindəki mənbələrinin sözlərinə görə, Pekin bu addımını təzyiqlər altında danışıqlardan qaçmaq istəyilə əlaqələndirib. ABŞ-ı “ticarət xuliqanlığı”nda ittiham edən Pekinə görə, Vaşinqton ticarət təzyiqlərindən istifadə etməklə digər ölkələri öz iradəsinə tabe etməyə çalışır. 
Çinin “Xinhua” dövlət agentliyi isə bildirib ki, Çin Dövlət Şurasının bu gün dərc etdiyi “ağ kağız”da Vaşinqtonla ticarət danışıqlarının bərpa edilməsi üçün Pekinin qapıları açıq saxladığı qeyd edilib. Lakin sənəddə vurğulanıb ki, bu, əgər danışıqlar qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında baş tutarsa mümkündür. 
Qeyd edək ki, Vaşinqtonun Çin mallarına 200 milyard dollarlıq 10% əlavə gömrük rüsumunun tətbiq edilməsi ilə bağlı qərarı bu gün qüvvəyə minib. Pekin isə ABŞ-ın bu addımına cavab olaraq, öz növbəsində ABŞ-dan idxal olunan 5200 adda məhsula 60 milyard dollarlıq əlavə tariflər tətbiq edib. Vaşinton həmçinin, bu gün qüvvəyə minən ticarət tariflərinin 2018-ci ilin sonundək 25 faizə qadırılacağını bəyan edib. Bundan əvvəl isə hər iki ölkə bir-birindən idxal edilən mallara 50 milyard dollarlıq əlavə gömrük rüsumu tətbiq ediblər – 6 iyulda 34 milyard, avqustda isə 16 milyard dollar həcmində. İlk olaraq ticarət müharibəsinə start verən Vaşinqton bu addımını Çinlə ticarət dövriyyəsində ABŞ-ın 500 milyard dollar defisitlə üzləşməsilə əlaqələndirib.