Çin ABŞ Donanmasının məlumatlarını ələ keçirib

Baxış sayı:
2617

ABŞ-ın Donanmasının katibi Riçard Spenser “Vorld Street Journal”-a verdiyi açıqlamada, "Çinin kritik məlumatları oğurlamaq cəhdləri və intensivliyi artıb” deyib.
 
Katib, "Çinli hakerlərin donanma üçün gəmi və silah texnologiyaları istehsal edən müdafiə şirkətlərindən hərbi sirləri oğurlamaq məqsədi ilə hədəf alındığı üçün xidmət sektorunun kiber təhlükəsizlik zəifliklərini təkrar gözdən keçiririk" deyib.
Qeyd edək ki, iyun ayında Çinli hakerlərin ABŞ donanmasına aid yeni inkişaf etdirilən bir sualtı 614 gb böyüklüyündəki texniki sirr üzrə məlumatları oğurladığı ortaya çıxmışdı.
Spencer əlavə edib ki, bu hücumların xarakterini tam başa düşmək və həlledici hərbi məlumatların itkisinə necə maneə törətmək üçün qətiyyətli hərəkət etməliyik.
Bu hadisənin detalları isə ABŞ donanmasındaki təhlükəsizlik problemlərinin nə qədər ağır olduğunu ortaya çıxarıb, çünki istintaq nəticəsində Çinli hakerlərin tam 18 ay ərzində şirkət serverlərinə heç bir maneə olmadan müdaxilə edə bildiyini və bütün yazışmaları oxuduqlarını, bütün sənədləri kopyaladıqlarını, şirkətin bütün fəaliyətlərini maneəsiz təqib etdiklərini ortaya çıxarıb.
Çinin bu hücumlarının yalnız ABŞ Donanmasına yönəliki olmadığını ifadə edən ABŞ Hind-Sakit okeanı Komandanlığının başçısı Filip Davidson aprel ayında Senatın Silahlı Xidmətlər Komitəsinə verdiyi açıqlamada, Pekinin "hər sahədəki texnologiyanı oğurladığını və bunu öz xeyrinə istifadə etməyə çalışdığını" söyləyib.
Müxalifət.az