CHP-nin terrorçularla ittifaq bazarlığı

Baxış sayı:
3808

CHP ilə PKK-nın siyasi qolu HDP arasında ittifaq olub olmayacağı müzakirə edilərkən, ortaya çıxan bir fotoşəkil bir çox suallar yaratdı. CHP-li Tuncay Özkan ilə HDP-li Cəlal Doğan, İstanbulda bir oteldə görüşüb.
 
“Axşam” qəzetinin xəbərinə görə, CHP-li millət vəkil Tuncay Özkanla CHP-dən ayrılıb, HDP cərgələrinə qoşularaq 2015 iyun seçkilərində deputat seçilən Cəlal Doğan Taksimdə bir oteldə bir araya gəlib.
Ötən cümə axşamı oteldəki lüks restoranda görüşən ikilinin CHP-HDP ittifaqıyla bağlı müzakirə apardığı güman edilir.
 
QEYD VƏ TELEFON DANIŞIĞI
 
Tuncay Özkanla, bir vaxt Qaziantep Böyükşəhər Bələdiyyə sədri vəzifəsini icra edən Cəlal Doğanın təxminən 2 saat qaldıqları restoranda intensiv müzakirələr etdiyi görülüb.
Cəlal Doğanın daim telefonla danışdığı, qarşı tərəfdən gələn məlumatları Tuncay Özkana çatdırdığı müşahidə edilib. Tuncay Özkanın da əlindəki qeyd dəftərinə davamlı qeydlər etdiyi diqqəti çəkib.
Müxalifət.az