“CHP”-ni gizli bir mərkəz idarə edir” iddiası

Baxış sayı:
3121

“Star” qəzetinin köşə yazarı Ahmet Kekeç-dən qalmaqal bir ifşaedici yazı
 
Xalq TV-nin direktoru Şaban Sevinc bu yaxınlarda bir ifşaedici məlumat verdi. Belə dedi: "Tuncay Özkan (CHP-nin önəmli şəxslərindən biridir) mənə CHP-nin gizli bir mərkəz tərəfindən idarə edildiyini və qərarların o gizli mərkəz tərəfindən Kılıçdaroğluna diktə edildiyini söylədi".
CHP sədrinin müavini Tuncay Özkanın bu ifşaedici məlumata reaksiyası sərt oldu: "Şaban Sevincin etdiyi şərəfsizlikdir. Məhkəməyə verəcəyəm".
Diqqətinizi bir xüsusa çəkmək istəyirəm.
Tuncay Özkan, "Şaban Sevincin etdiyi şərəfsizlikdir". İfadəsini işlədərək, sanki, faş edilməməsi lazım olan bir məlumatın faş edilmiş olmasından duyduğu narahatlığı dilə gətirir. Yəni, dolayısı ilə "Sənə əmanət etdiyim məlumatı ictimaiyyətə açıqlamaq doğru deyil”, demək istəyir.
Mən belə başa düşdüm. Yanlış da anlaya bilərəm.
Qaldı ki, bu mübahisə kontekstində bizi maraqlandıran məsələ, kimin yalan söylədiyi deyil.
Bunun bir (ən azından "hələlik") əhəmiyyəti də yoxdur.
İddianın özü (yəni "CHP gizli bir mərkəz tərəfindən idarə olunur" iddiası) daha əhəmiyyətlidir.
CHP-nin həqiqətən də gizli bir mərkəz tərəfindən necə idarə edildiyinə baxaq.
CHP sədrləri, əsasən, aşağının təzyiqi və nümayəndələrin seçimi ilə dəyişir. Yəni dəyişiklik tələbi "aşağıdan" gəlir. CHP ictimaiyyətinin "bəli" deməsi kifayətdir.
Bəs Kamal Kılıçdaroğlu necə gəldi?
Buraya baxmağımız lazımdır.
Necə gəldi və getməsi üçün uyğun ictimai fikir yarandığı halda niyə getmir?
Kılıçdaroğlunun CHP-nin siyasət yürütmə tərzinə və istifadə etdiyi siyasi alətlərə da baxmağımız lazımdır.
Baxırıq və FETÖ-ya sitayişdən başqa bir şey görmürük. FETÖ siyasətdə nəyi istəyibsə,, CHP də onu səsləndirib.
Kılıçdaroğlu, FETÖ məmulatı olan "çirkli varaka" və "qeyri-qanuni dinləmə qeydləri"ndən başqa, seçicinin qarşısına bir "layihə" qoymadı. Məşhur "Ankara-İstanbul yürüşü" belə FETÖ planı idi və məqsəd MİT-ə qurulan tələni ağlamaqdan ibarətdi.
FETÖ-yə görə 15 iyul "nəzarət olunan çevrilişdir" dir.
CHP-yə görə də elədir.
FETÖ-yə görə, fövqəladə vəziyyət mülki çevrilişdir.
CHP-yə görə də elədir.
FETÖ-yə görə, çevrilişçilərə haqsızlıq edilir.
CHP-yə görə də elədir.
Bunu daha da çoxalda bilərik.
Bu nümunələrə (və Kılıçdaroğlunun siyasət tərzinə) baxaraq CHP hansı "gizli mərkəz" tərəfindən idarə edildiyini daha rahat anlaya və "Şaban Sevinç-Tuncay Özkan" dilemmasında tərəfinizi seçə bilərsiniz.
Müxalifət.az