CHP ilə HDP regional ittifaq yaratdı: “İZMİRİ VER, DİYARBAKIRI AL” SÖVDƏLƏŞMƏSİ

Baxış sayı:
6301

Muxalifet.az xəbər verir ki, iyunun 24-də keçirilən seçkilərin prezident R.T.Ərdoğanın zəfəri ilə nəticələnməsi CHP-də böyük bir böhrana səbəb olub.

Seçkilərdə 9 dəfə uduzduğu halda, kreslosunu tərk eləməyən Kamal Kılıçdaroğlu yerli seçkilər üçün yeni bir strategiya axtarışındadır.

CHP tərəfinin apardığı hesablamalara görə, İzmirdə HDP üzvlərinin səsləri CHP-yə veriləcək. Diyarbakırda CHP üzvləri də səslərini HDP-yə verəcəklər.

HDP-nin CHP-nin səsləri ilə bələdiyyələri ələ keçirməsi PKK terror təşkilatını da sevindirəcək. Çünki, HDP bələdiyyələri terrorçuları açıq-aşkar dəstəkləyirlər.