​Cəhənnəmi gördüyünü söyləyən qadının ŞOK İDDİALARI

Baxış sayı:
5917

İngiltərədə bir qadın cəhənnəmə getdiyini iddia edib.
Muxalifet.az xəbər verir ki, qadının hekayəsi sosial mətbuatda şok effekti yaradıb.
Beyin sarsıntısı keçirən və həkimlərin müdaxiləsi ilə həyata qaytarılan ingilis qadın cəhənnəmə getdiyini iddia edir.
Bir dəliyin içinə sovrulduğunu iddia edən qadın deyib:
“İçində düşdüyüm dəlik vücudumdan bir az daha geniş idi. Yıxılanda ətrafdakı divarlardan tutmaq istəsəm də, hər şey parçalanırdı. Nəfəs ala bilmirdim. Hər dəfə qışqıranda daha sürətlə aşağı doğru uçurdum”.
Baş verənləri həkimə danışan qadın bunun beyninin göstərdiyi reaksiya olduğunu öyrənib. Amma yenə də başına gələnlərə inandığını söyləyib:
“Cəhənnəm çox isti idi və iy gəlirdi”.