​Ceyhun Bayramovdan narazılıq artır – “İSLAHAT APARA BİLMİR”

“Fövqəlnazir” Kəmaləddin Heydərov və DYP rəisi Ramiz Zeynalov da cəmiyyətdə narazılığı artıran məmurlardandır...

Baxış sayı:
15454

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Ötən həftə - 16-23 iyul 2018-ci ildə mətbuatda adı ən çox hallanan vəzifəli şəxs təhsil naziri Ceyhun Bayramov “Ceyhun Bayramov da narazılıq yaradır... - GİLEY”, Biznesdən vəzifəyə gedən yol - Azərbaycanın "biznesmen" məmurları - FOTOLAR”, “Ceyhun Bayramov da islahat apara bilmir…” başlıqlı 3 məqalə ümumilikdə 15 elektron KİV-də işıqlandırılmışdır.

Elektron KİV-lərdə ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri fövqəlada hallar naziri Kəmaləddin Heydərov “Biznesdən vəzifəyə gedən yol - Azərbaycanın “biznesmen” məmurları” başlıqlı məqalənin 9 elektron KİV-də yayılması ilə tutur.

Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri “Ramiz Zeynalovun 24 illik “yol əhvalatı”” başlıqlı məqalənin 5 elektron KİV-də yayılması ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalov tutur.
 
Deputat Qüdrət Həsənquliyev Gəncə hadisələrində Rusiyadan şübhələnir...
 
Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında yeganə yeri “Bizi ciddi sınaq gözləyir”, ““Əgər bu dəfə müharibə başlasa...” - Qüdrət Həsənquliyev”, “Qüdrət Həsənquliyev Gəncə hadisələrində Rusiyadan şübhələnir”, ““BU ŞANTAJ XARAKTERLİ BƏYANATDIR” – Siyasilər BAXCP sədrinin açıqlamasına etiraz etdi”, “Gəncə terrorunun arxasındakı güclər ifşa olunur”, “DEPUTATDAN DAHA BÖYÜK TƏXRİBATLARIN OLA BİLƏCƏYİ HAQDA XƏBƏRDARLIQ:"Özünü quldurbaşı kimi aparanlar hakimiyyətdən qovulmalıdır" - MÜSAHİBƏ” başlıqlı 6 məqalənin 7 elektron KİV-də yayılması ilə deputat Qüdrət Həsənquliyev tutur.


Muxalifet.az