Çexiyalı ekspertdən “İdlib” anlaşmasına münasibət

Baxış sayı:
2905

Türkiyə və Rusiyanın Soçidə baş tutan görüşdə İdlibdə silahlardan təmizlənmiş bölgə yaratmaq qərarını dəyərləndirən Çexiyalı mütəxəssis Stanislav Makkovik, iki ölkənin göstərdiyi bu diplomatik uğuru Qərbin tənqid etmədə çətinlik çəkəcəyi bir addım kimi qiymətləndirib.
 
Məşhur Çex politoloq Stanislav Makkovik, Türkiyə və Rusiyanın Soçidə dünən keçirdiyi görüşün İdlib üçün daşıdığı önəmini vurğulayıb.
 
TÜRKİYƏ VƏ RUSİYANIN DİPLOMATİK UĞURU
 
Makkovik, "Əgər Türkiyə və Rusiya silahlardan təmizlənmiş ərazinin təminatçıları olsa, bu bölgədəki dinc əhali baxımından vəziyyətinin xeyli yaxşılaşacağını demək olar. Hər iki tərəf silahlardan təmizlənilmiş bölgədə sülh təmin etmək üçün yetərli imkanlara malikdir. Müqavilədə əsas məsələlərdən biri bölgədən ağır hərbi texnikalar çəkiləcək, müxtəlif ekstremizm tərəfdarı qruplarda yer alan cinayətkar ünsürlərin hərəkətinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılacağını hesab etmək olar” deyə, söyləyib.
Çex mütəxəssis, "Birgə müqavilə imzalamağın motivlərindən biri əlbəttə ki, İdlibdəki dinc xalqın əzablarını azaltma səyidir. Bununla yanaşı, saziş, Rusiya və Türkiyənin diplomatik uğurunu ortaya qoyur, ölkələrin bölgədəki böyük təsiri olduğunu göstərir. Hazırda Qərb, media kampaniyasını Rusiya və Suriyanın İdlibdə edəcəyi əməliyyat zamanı mümkün itkilər üzərində qurmuş vəziyyətdədir" deyib.
 
TÜRKİYƏ VƏ RUSİYANI TƏNQİD EDƏN QƏRB, AĞLININ SƏSİNƏ QULAQ ASMIR
 
Makkovik, "Türkiyə, regionda necə bir təsiri olduğunu bilir, bununla birlikdə dünyanın ən güclü ordularından birinə də sahib olduğunu anlayır. Bu gün bu iki ölkə bir çox məsələdə bir-birinə yardımçı olur. Türkiyə öz maraqlarını önə çıxarmağa başladı. Digər tərəfdən, Türkiyə torpaqları və ordusu, NATO-ya son dərəcə lazımlıdır. Qərbin beynəlxalq siyasətin hər iki aktyorunu tənqid etməsi, tez-tez ağlın səsinə qulaq asmadan hərəkət etmə vərdişi ilə bağlıdır" deyə, bildirib.
Müxalifət.az