​Çexiyadan böhrana səbəb olacaq SALEH MÜSLÜM AÇIQLAMASI

Baxış sayı:
3007

Muxalifət.az xəbər verir ki, Çexiyanın daxili işlər naziri Lubomir Metnar Praqa polisinin ötən bazar günü PYD-nin keçmiş həmsədri Saleh Müslümü yaxalamaqla düzgün hərəkət edib-etmədiklərini araşdıracaqlarını bildirib.
Çexiya parlamentinin vəkili Marek Vibornoyun, bundan əvvəl digər Avropa İttifaqı ölkələrində sərbəst şəkildə səyahət edən Müslümün niyə Praqada tutulduğu sualına cavab verən Metnar deyib: “Müfəttişlərimizə bu vəziyyəti təhqiq eləmək barəsində əmr vermişəm”.
Nazir Müslümün tutulması qərarının Türkiyə polisinin Çexiya polisinə müraciəsi əsasında Praqa prokurorluğu tərəfindən verildiyini də sözlərinə əlavə edib.
Qeyd edək ki, Türkiyə mətbuatında verilən xəbərlərdə Çexiyanın qətliamla nəticələnən terror hücumlarının təşkilində ittiham edilən Saleh Müslümü Avropa İttifaqının güclü təzyiqi altında azadlığa buraxdığı xəbəri yayılıb./Hurriyyet.org