Çevrilişçi general Sisi arxasını Kəbəyə, qibləsini İsrailə döndü

Baxış sayı:
5752

Səudiyyə Ərəbistanının kralı Salmanın qonağı olaraq Məkkədə təşkil edilən İslam Əməkdaşlıq Təşkilatı zirvəsinə qatılan Misirin çevrilişçi lideri Sisi ümrə ziyarətində iştirak edib. Sisinin ümrədə verdiyi poza isə olduqca mübahisə yaradıb.
 
Hərəmə gedərək təvaf edən Sisinin Kəbədə verdiyi poza çox mübahisəyə səbəb olub.
Sisinin arxasını Kəbəyə dönərək dua etdiyi poza, sosial mediada böyük təpkilərə səbəb olub. Sisinin bu pozanı sadəcə görüntü üçün nümayiş etdirdiyi bildirilərkən, bəziləri isə bu pozaya lağ edərək "Sisi əslində Kəbəyə arxasını çevirməklə, həqiqi qibləsinin Tel Aviv-Washington olduğunu göstərib" deyə şərhlər yazılıb.
Sisinin bu fotoşəkli qeyri səmimi olaraq xarakterizə edilib.
Müxalifət.az